"Halım çox pisdir, Bakıya gələ bilmirəm" - Naibə Allahverdiyeva-VİDEO

16:48 24.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəyə müalicəyə yollanan Xalq artisti Naibə Allahverdiyevanın halı pisləşib. 

Hafta.az-ın məlumatına görə, o, bu haqda proqramların birində məlumat verib:

“MRT olundum, boynumu dopler elədirlər. Psixiatr məni danışdırdı, kardioloq iki dərman yazdı. Həmin dərmanları qəbul etdim. 2-3 gündən sonra vəziyyətim pisləşdi. Səhəri gün Şişliyə getdik. Ailə üzvlərim məni xəstəxanaya yerləşdirdilər. Səhhətim çox pis idi, iynə vurdular. Məndən analiz götürdülər və həkimlər dedilər ki, bir dənə zəif mikrobun var. Dedim ki, mənim pulum yoxdur, artıq biletləri də almışdım, uçmalı idim. Vəziyyətim pisdir. Bakıya gəlmək istəyirəm, gələ bilmirəm. (ağlayır – red.) Təzyiqim var. Səhərə qədər yatmamışam. Bədənim yanır. Deyirlər gəl təzdən MRT edək. Halım çox pisdir, təyyarəyə minə bilmirəm. Məni yaxşı həkimə yönləndirsinlər ki, heç olmasa, Bakıya gələ bilim. Mənə kömək edin”.

Qeyd edək ki, aktrisa əsəb sistemi və qan təzyiqinin normal olmamasından əziyyət çəkir.