İnsan alveri ilə məşğul olan 4 cinayətkar qrup zərərsizləşdirilib

13:10 19.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində fəaliyyət əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də məqsədyönlü xarakter daşıyıb.

Hafta.az-ın məlumatına görə, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında deyilir.

Həyata keçirilən tədbirlər nəticəsində 186 insan alveri, o cümlədən 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib, axtarışda olan 19 nəfər tutulub.

İnsan alveri və məcburi əmək cinayətlərinə görə, başlanmış cinayət işlərinin 27-nin istintaqı tamamlanaraq 27 təqsirləndirilən şəxs (5 kişi, 22 qadın) cinayət məsuliyyətinə cəlb edilib.

Müəyyən edilmiş 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşıdır, 2-i əcnəbidir. Zərərçəkənlərə tibbi, psixoloji, hüquqi yardımlar göstərilib.

Oxunma sayı 46