İran ilə Azərbaycan arasında elmi əməkdaşlığın genişləndirilməsi vacibdir - Səfir

14:13 17.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İran ilə Azərbaycan arasında digər sahələrdə olduğu kimi, elm və yeni texnologiyalar sahəsində də əməkdaşlıq əlaqələrinin genişləndirilməsi vacibdir.

Bu sözləri İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, hazırda İran və Azərbaycan universitetləri arasında əlaqələr mövcuddur. Lakin bu əlaqələr daha əhatəli olmalı, tələbə mübadiləsi artmalı və konkret mövzularda elmi simpoziumlar keçirilməlidir.

Səfir diqqətə çatdırıb ki, hər iki ölkənin böyük elmi potensialı var və bundan səmərəli istifadə etmək lazımdır. O qeyd edib ki, elmi əsaslarda yaradılmış şirkətlərin əməkdaşlığı və birgə layihələr üzərində çalışmaları iqtisadi inkişafa da müsbət təsir göstərə bilər.

“Bu gün dünyada yeni texnologiyalar inkişaf edərək həyatın müxtəlif sahələrinə dərindən sirayət edib”, - deyən diplomat bildirib ki, bunu nəzərə alaraq, İran və Azərbaycan alimləri daha yaxından əməkdaşlıq etməlidirlər.

Siyasət rubrikasından digər xəbərlər