Növbə ilə işləyən eskalatorlar - Giriş-şıxışda insan izdihamı

12:06 12.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Metro ən çox istifadə olunan nəqliyyat vasitəsidir. Bu gün metrodan yüz minlərlə insan istifadə edir. Bəzən isə yarana biləcək problemlər vətəndaşların narazılığına səbəb olur. Bizim də müşahidə etdiyimiz problemlərdən biri 2-3 eskalator olduğu halda, birinin çalışmasıdır. Bu isə giriş-çıxışda sıxlıq yaradır. Metrolarda demək olar ki, köhnə eskalatorlar yeniləri ilə əvəzlənib. 

Məsələ ilə bağlı metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hafta.az-a açıqlamasında dedi ki, hər bir eskalatorun iş qrafiki var, buna da nəzarət olunur:

“Metropoliten işçiləri sərnişinlər üçün qərəzli heç nə etmirlər. Konkret təhlükəsizlik məsələləri ilə bağlı bəzən bu hallar yaranır. Ən çox “28 May” stansiyasında bu hal müşahidə olunur. Platformada sərnişin sıxlığının müəyyən həddi var. Lakin hər dəqiqə üçün monitorinqlər aparılır, nəzarət olunur. Lazım olan anda qərar verilir. Səlayiətli şəxslərin nəözarəti çərçivəsində bəzən iş qrafikindən asılı olmayaraq, bəzi eskalatorlar qoşulmur. Sıxlıq olan halda bir neçə dəqiqəliyə qoşulur. Ancaq öncə vurğuladığım kimi, sərnişinlərin təhlükəsizliyi başlıca vəzifəmizdir”.