Ölkəmiz dünyada dialoq mərkəzinə çevrilib - Eldəniz Səlimov

17:27 11.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

“Dünya ölkələrinin xalqları arasındakı münasibətlərin inkişafında dinlərarası və sivilizasiyalararası münasibətlərin böyük əhəmiyyəti var. Hansı ölkədə bütün dinlərə eyni münasibət varsa o ölkə sabit, nümunəvi bir dövlət kimi tanınır”. Bu fikirləri hafta.az-a millət vəkili Eldəniz Səlimov deyib.

 E.Səlimov bildirib ki, ölkəmiz bu sahədə çox inkişaf etmiş ölkələrin öncüllərindəndir. Onun sözlərinə görə, bəzi dünya ölkələri bu sahədə Azərbaycanı nümunə kimi göstərir və Azərbaycan modeli kimi dünyanın müxtəlif ölkələrində öyrənilir. Ölkəmiz çox millətli ölkə olmasına baxmayaraq, burada yaşayan hər bir xalq xüsusi hörmət, diqqət və qayğı ilə əhatə olunur. Bunların hər birinin dini mərkəzləri fəaliyyət göstərir ki, buda dinlərarası münasibətlərin daha da inkişaf etməsinə şərait yaradır.

“Dinlərarası və sivilizasiyalararası əməkdaşlığa Heydər Əliyev Fondunun da töhfələri xüsusilə önəmlidir. Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə məscidlər, kilsələr, sneqoqlar təmir və bərpa olunaraq insanların istifadəsinə verilir. Bundan əlavə, Heydər Əliyev Fondu tərəfindən Romada xristianların ən mühüm və ən maraqlı abidələrindən biri olan Marçellinio və Pietro katakombalar bərpa edilmişdir. Dini icmalara dövlətimiz tərəfindən həmişə maddi və mənəvi yardım göstərilir. Azərbaycanda dinlərarası və sivilizasiyalararası əməkdaşlığın yüksək səviyyədə olması nəzərə alaraq, ölkəmiz dünyada dialoq mərkəzinə çevrilib. Dini liderlərin ümumi dünya sammitinin keçirildiyi ənənəvi məkana çevrildi. Ölkəmizdə “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bütün bunlar bir daha göstərdi ki, dünya ölkələri arasında dinlərarası və sivilizasiyalararası əməkdaşlıq inkişaf edərək bəşəri həmrəyliyə çevrilir. Bu da insanlar arasındakı münasibətlərin yenilənməsinə və inkişafına səbəb olur”-deyə, deputat qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər