“Qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir" - Bilal Hayi

17:47 28.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayi Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket zərbələri endirməsini pisləyib.

Hafta.az-ın yazdığına görə, bu barədə səfir “Twitter”də bildirib.

“Azərbaycanın Bərdə şəhərində çoxsaylı mülki itkilərin olması barədə xəbərlər gəldi. Qadağan olunmuş silahların istifadəsi qəbuledilməzdir və birmənalı şəkildə qınanmalıdır. Güclü ol, Azərbaycan!”, - deyə pakistanlı diplomat qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələrinin Bərdənin mərkəzinə endirdiyi raket zərbələri nəticəsində 21 mülki şəxs həlak olub, 70-ə yaxın şəxs yaralanıb. 

Oxunma sayı 2505
Siyasət rubrikasından digər xəbərlər