Vətəndaşlardan xahiş edirik ki, 30 qəpiyə maska alıb taxsın - Siyavuş Novruzov

12:07 29.06.2020 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

"Koronavirus çox ciddi məsələdir. Bu məsələnin özü milli təhlükəsizlik məsələsidir. Hər bir ailə dövlətin əsasını təşkil edir. Kimlərinsə qanunu pozmasının, laqeyd yanaşmasından və təkəbbürü nəticəsində insanlar xəstələnir. Bu zaman biz cərimələri daha kəskin şəkildə sərtləşdirməliyik. Tək cəriməylə yox digər inzibati metodlarla da qarşısını almağa çalışmalıyıq".

Bunu İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihənin müzakirəsində çıxış edən deputat Siyavuş Novruzov bildirib.

"Biz vətəndaşlardan xahiş edirik ki, 30 qəpiyə maska alıb taxsın. Bu onun və özünün təhlükəsizliyinin qorunmasıdır. Biz cərimə məsələsini daha sərtləşdirməliyik. Sosial şəbəkələrdə həmçinin təxribat xarakterli fikirlər səslənir ki, pandemiya yoxdur. Bu şəxslərə qarşı da ciddi cəza tədbirləri görülməlidir”.

Oxunma sayı 585