Zelenski “Youtube"da ailəsindən danışıb - VİDEO

11:15 18.07.2019 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Prezidenti Vladimir Zelenski oğluna qadağa qoyub.

Hafta.az xarici mətbuata istinadən xəbər verir ki, prezident bu haqda "Youtube” kanalında yayımlanan “Prezidentlə səmimi” proqramında deyib.

O bildirib ki, həyat yoldaşı hər şeyə ciddi yanaşır, narahatdır, öz qanunları var:

"Amma yaxşı insandır. Qızım artıq Prezident olmağıma öyrəşib. Oğlum isə çox xoşbəxtdir. “Mən Prezidentin oğluyam” deyir, amma biz bunu başqa yerlərdə deməyi ona qadağan etmişik. İndi isə “Bilirsiniz mən kimin oğluyam?” deyir”.

Qeyd edək ki, Vladimir Zelenski bu il Ukraynanın prezidenti seçilib.