"11-ci parlamentdə də Azərbaycanla ticarət balansını artırmağa çalışacağıq" - Vəli İsmayili

12:29 02.07.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İran İslam Respublikası Azərbaycanla ticarət və ixracat əlaqələrini gücləndirmək niyyətindədir.

İranın Azərbaycandakı səfirliyindən Hafta.az-a verilən məlumata görə, bunu Germi və Ənqut şəhərlərinin İran parlamentindəki nümayəndəsi və İslami Şura Məclisinin İctimai Komissiyası sədrinin müavini Vəli İsmayıli deyib.

Onun sözlərinə görə, İran, xüsusilə də Ərdəbil əyaləti Azərbaycanla qonşu olmasını səbəbindən ixracat və ticarət baxımından, xüsusən kənd təsərrüfatı sahəsində əlaqələrə malikdir.

"İranın qonşu ölkələrlə əlaqələrinin möhkəmlənməsində parlamentin rolunu nəzərə alaraq, 11-ci parlamentdə də İranın Azərbaycanla ticarət balansını artırmağa çalışacağıq. İranla Azərbaycan arasında ticarət əlaqələrini icra olunan plana uyğun olaraq inkişafı məqsədilə qərara alınıb ki, iki ölkə arasında parlament dostluq qrupu yaradılsın və bu qrup iki ölkə arasında ticarət əlaqələrinin artmasında əsas rol oynasın", - deyə V.İsmayıli qeyd edib.

O həmçinin əlavə edib ki, iyulun 8-də Germidə Azərbaycanın müvafiq qrupları ilə görüş keçiriləcək.

Oxunma sayı 1891
Siyasət rubrikasından digər xəbərlər