"İnkişaf etmiş dövlətlər səviyyəsində cəmiyyətdə yaşamaq istəyiriksə, ilk əvvəl qaydaları pozmamalıyıq"- Çağırış

12:50 04.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Həmişə olduğu kimi, sosial şəbəkələrdəki narıncı güruh, marjinallaşmış köçəri qruplar bu qərara da özlərindən gün altında iki, kölgədə isə beş dəfə böyük "mız" qoydular. Dünəndən bəri sosial şəbəkələrdə bəlli adamların bəlli stildə yazdıqlarına baxıram. Yenə və həmişəki kimi, narazıdırlar.

Bu sözləri jurnalist Elçin Alıoğlu hafta.az-a çimərliklərlə bağlı sosial şəbəkələrdə narazı kütlənin fikirlərinə münasibət bildirərkən dedi. O bildirdi ki, fəaliyyətinə icazə verilən çimərliklərdə giriş-çıxışın yoxlanılması, habelə çimərlik daxilində müəyyən edilmiş normativ qaydalara əməl edilməsinə nəzarət məqsədilə 1000-dən artıq ASAN könüllüsü işə cəlb olunub:

"Bu səbəbdən çimərliyə yalnız ASAN könüllüləri tərəfindən nəzarət olunan girişdən daxil olmaq, çıxış üçün nəzərdə tutulan yerdən tərk etmək gərəkdir. Habelə istifadəsi zəruri sayılan əşyalar çimərliyə aparılmalı, çimərliyə giriş-çıxış zamanı oradakı dezinfeksiya məhlullarından istifadə olunmalıdır. Onların arasında xüsusi önəmli olanı qaydalara riayət etmək, qanunlara sayğı bəsləməkdir. Almaniyada, İsveçrədə, Polşada və ya İspaniyada koronavirus pandemiyası ilə bağlı qaydaları pozanlar sərt cəzalanırlar - bu, öz yerində. Əsas olan həmin adamların ictimai qınağa tuş gəlmələridir.İnkişaf etmiş dövlətlər səviyyəsində cəmiyyətdə yaşamaq istəyiriksə, buna can atırıqsa, ilk əvvəl qaydaları pozmamalıyıq. Sosial şəbəkələrdə deyinmək, narazılıq etmək də olar, hətta normaldır. Amma anormal olan bu deyinmənin permanent hal almasıdır. Ki, bəs çimərliklər açılırsa, icazə nəyə gərək: nə üçün karantin rejimi, ümumiyyətlə, ləğv olunmadı; çimərliklərə giriş tam asudə olmalıdı, heç bir yoxlama olmamalıdır və sair və ilaxır. Hərdaim hər şeydən narazı olanlar təbəqəsini formalaşdırmaqda olan kəslərin təşvişdə olduqlarını düşünmək olardı. Amma belə deyil. Zira çimərliklərə giriş tam sərbəst və asudə olardısa, əmin olun ki, elə həmin adamlar sosial şəbəkələrdə mikroskopik üsyanlar qaldıraraq buyuracaqdılar: "Dövlət hara baxır?" Onlar yazacaqdılar ki, bəs dövlət niyə çimərliklərə baxmır, bu qədər insan yığışıb bir yerə, koronavirusun yayılmasına şərait yaradırlar".

Oxunma sayı 1741