"İntihar edən tələbə qızın problemi haqqında universitetin öncədən xəbəri olmayıb" - Açıqlama

13:51 05.06.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi intihar edib. İntihar etməsinin səbəbi istəmədiyi şəxslə ailə qurmasına qarşı çıxış yolu kimi bu addımı seçib. Tələbə yoldaşlarının sözlərinə görə, ailəsi tərəfindən istəmədiyi adamla ailə həyatı qurmağa məcbur edilirmiş.

Maraqlıdır, universitetdə bununla bağlı rəhbər şəxslərin məlumatı olubmu və universitetdə psixoloqlar tələbələrlə maraqlanırlarmı?

Azərbaycan Dövlət Pedeqoji Universitetindən (ADPU) hafta.az-a bildirdilər ki, hələ ki, Nağdıyeva Günelin intiharına səbəb kimi əsas ehtimal istəmədiyi şəxsə ərə verməklə bağlıdır:

"Universitetdə bu günə qədər bununla bağlı məlumat olmayıb. Olsa, tələbə ilə söhbətlər aparılardı. Psixoloqlarımız var.  Hansısa tələbənin sıxıntısı olarsa, müraciət edərlərsə, əlbəttə onunla maraqlanılar, söhbətlər aparılar". 

Oxunma sayı 2167
Sosial rubrikasından digər xəbərlər