"İrəli" üzvləri Beynəlxalq layihədə iştirak edir

17:13 19.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt
"İrəli” İctimai Birliyinin Türkiyənin “FuturEurope” təşkilatı ilə tərəfdaşlığı nəticəsində "İrəli" İB-nin 7 gənci iştirakçı qismində, Türkiyənin Trabzon şəhərində keçirilən mübadilə proqramında iştirak edir.

Hafta.az xəbər verir ki, layihənin mövzusuqadınlara qarşızorakılıq, ölkələrdə bununla bağlı yaşanan problemlər və onların həlli yolunun tapılmasıdır.

Layihə çərçivəsində yerli nümayəndələr ilə görüşlər, müvafiq mövzuda seminarlar, diskusiyalar, ekskursiyalar təşkil olunub. Layihə ərzində iştirakçılar zorakılığa qarşı təbliğatyönümlü layihələr haqqında müzakirələr aparıb, bu mövzuda qısametrajlı filmlər hazırlayıblar.

“İrəli” gəncləri “İrəli” İctimai Birliyinin beynəlxalq tərəfdaşlığının uğuru olan layihədə Birliyinin gənc fəalları Azərbaycanın mədəniyyət gecəsi zamanımilli rəqslərimizi, milli mətbəximizi, mədəniyyətimizi layihə iştirakçılarına təqdim etməklə yanaşı, layihə iştirakçılarına tariximizi əks etdirən suvinerlər də hədiyyə ediblər.Mübadilə proqramında 5 ölkə - Azərbaycan, Türkiyə, Latvia, Gürcüstan və Portuqaliya iştirak edir.

Sosial rubrikasından digər xəbərlər