"Avropa İttifaqını Türkiyə ilə məsuliyyəti bölüşməyə çağırırıq" - Fəxrəddin Altun

11:58 08.11.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Suriyada II Dünya Savaşından bu yana ən acınacaqlı humanitar fəlakətin şahidi oluruq. Bu böhran Avropa İttifaqının sərhədlərində baş verir. Bu kritik anda avropalı dostlarımızı və Avropa İttifaqını bir daha Türkiyə ilə məsuliyyəti və yükü bölüşməyə çağırırıq. Heç vaxt gec deyil”.

Hafta.az yazır ki, bunu Türkiyə Prezident Administrasiyasının içtimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun “Twitter” səhifəsində yazıb.

O bildirb ki, Suriyada böhran başladığı gündən bəri Türkiyə bu ölkədə humanitar fəlakətlərin nəticələrini yüngülləşdirmək üçün təhlükəsiz zonalar yaratmağı təklif edir: “Egey və Aralıq dənizlərində baş verən faciələr bunun zəruri olduğunu göstərir. Bütün avropalı dostlarımızı Suriyada təhlükəsiz zona yaratmaqda bizimlə əməkdaşlığa dəvət edirik. Avropa İttifaqı üzvləri də verdiyi sözlərə əməl etməli və qaçqın məsələsində Türkiyə ilə razılaşmaya uyğun hərəkət etməlidirlər. Onlar Türkiyədə yaşayan qaçqınların vəziyyətinin yaxşılaşdırılmasına kömək etməlidirlər. Suriya böhranından qaynaqlanan qeyri-sabitlik, terrora qarşı mübarizədə ölkələrin ortaq səylərinə ehtiyac olduğunu göstərir. Ölkələrin sərhədləri transmilli təhdidlərə qarşı özləri tərəfindən qoruna bilməz. Axı Avropanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyindən asılıdır”.

Siyasət rubrikasından digər xəbərlər