"Azərbaycan və özbək turistlər keçiriləcək tədbirlər maraqlı olacaq" - Nahid Bağırov

10:58 15.10.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Turizm Assosiasiyası (AZTA) və Özbəkistanın turizmin inkişafı üzrə dövlət komitəsi, Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində, Əməkdaşlıq haqqında Memorandun imzalayıblar.

Hafta.az yazır ki, sənədi AZTA-nın rəhbəri Nahid Bağırov və Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsi sədrinin müavini Uluqbek Azamov imzalayıblar.

Əməkdaşlıq haqqında Memorandum tərəflər arasında turizmin inkişafı sahəsində birgə əməkdaşlıq, o cümlədən məlumat mübadiləsi, qarşiliqli turizm səfərlərinin təşkili, birgə turizm məhsullarının yaradılması və tətbiqi, eləcə də qarşılıqlı turizm axınının təmin edilməsi məqsədilə turizm potensialının fəal təşviqi tədbirlərini nəzərdə tutur.

“Memorandumun Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü çərçivəsində imzalanması bizim üçün əlamətdah hadisədir. Azərbaycan Turizm Assosiasiyası ölkənin turizm potensialının təbliğinin bütün dünyada, o cümlədən qonşu ölkələr arasında genişləndirilməsi fəaliyyətini davam edir. Həm Azərbaycan turistləri, həm Özbək turistləri üçün təşkil olunacaq tədbirlər birmənalı şəkildə maraqlı olacaq. İnanıram ki, bu tədbirlərin nəticəsi olaraq qarşılıqlı turizm axınını təmin edə bilərik”, - bunu AZTA rəhbəri Nahid Bağırov deyib.

Qeyd edək ki, Özbəkistanın Turizmin İnkişafı üzrə Dövlət Komitəsinin Azərbaycan tərəfdaşı “The Prime” şirkətidir.