"Azərbaycan xalqı əmin olsun ki, biz hər zaman onların yanındayıq" - İraqlı millət vəkili

18:35 30.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Ermənistan ordusunun Azərbaycan torpaqlarına xain təcavüzündən hiddətlənir və İrəvanı təcili olaraq hücumu dayandırmağa, işğal etdiyi torpaqlardan geri çəkilməyə çağırıram".

Bu sözləri eksklüziv olaraq Hafta.az-a İraq parlamentinin deputatı, Mosuldan seçilmiş türkmən əsilli millət vəkili Seyid Muxtar əl-Musəvi deyib. İraqlı parlamentari bildirib ki, Azərbaycan tərəfinin keçirdiyi hərbi əməliyyatlar tam qanunidir və beynəlxalq hüquqa söykənir. Çünki torpaqları işğal olunub və sadəcə öz ərazisində qayda-qanun yaratmağa çalışır. "Mən Azərbaycanın haqlı davasını birmənalı olaraq dəstəkləyirəm. Biz İraq türkmənləri olaraq Azərbaycan torpaqlarının ən qısa vaxtda işğaldan azad edilməsi üçün dua edirik. Azərbaycan xalqı əmin olsun ki, Türkməneli her zaman onların yanındadır" deyib Seyid Muxtar əl- Musəvi.

Oxunma sayı 3331
Siyasət rubrikasından digər xəbərlər