"Azərbaycan xalqı Ulu Öndəri minnətdarlıq hissi ilə yad edir" - Müsahibə 

10:48 14.06.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Biz zaman keçdikcə 15 iyun - Qurtuluş gününün ölkəmiz üçün necə  əlamətdar hadisə  olduğunun fərqinə varacağıq. Əslində 15 iyun ölkəmizdə ən yüksək səviyyədə qeyd edilməyə layiq bir bayramdır.

Bu sözləri hafta.az-a müsahibəsində millət vəkili İlham Məmmədov dedi. Müsahibəni təqdim edirik. 

- 15 İyun - Qurtuluş gününü qeyd edəcəyik. Siz Qurtluş bayramını necə qiymətləndirirsiniz, bu gün xalq üçün hansı anlam daşıyır?

- Biz ulu Öndərimizin qarşısında baş əyirik. Azərbaycan xalqı bütünlüklə minnətdarlıq hissi ilə ulu Öndəri yad edir. Heydər Əliyevin siyasəti olmasaydı, bəlkə bu gün Azərbaycan da olmayacaqdı. Sözün həqiqi və cəsarətli mənasında deyirəm ki, məhz biz onun sayəsində bu gün varıq. Biz müstəqilliyimizi öncədən yaratdıq. Lakin, AXCP-Müsavat cütlüyünün səriştəsiz dövləti idarə etməsi və separatçı qüvvələrin Azərbaycanı parçalamağa çalışması ölkəmizi xəritədən silmək üçün hesablanmış plan idi. Heç də təsədüfü deyil ki, Ali Sovetə sədr seçilən ulu Öndər diplomatik korpusun nümayəndələri ilə böyük bir görüş keçirtdi. Azərbaycan həqiqətlərini, yəni həmin dövr üçün mövcud olan gerçəkləri, kritik vəziyyəti orada şərh edib, məlumatlandırdı. İlk dəfə ondan sonra Azərbaycan informasiya blokadasından çıxdı. Heydər Əliyevin səsi ilə Azərbaycanda baş verən hadisələr dünyaya çatdırıldı. Həyatının son gününə kimi də, bir gün, bir saat belə dincəlmədi. Azərbaycan xalqı da buna görə ona inandı. Xalq onu sevdi. Qısa müddət ərzində atəşkəsə nail oldu. Azərbaycanda ordu quruculuq prosesini başlatdı. Mükəmməl konseptual planlar lahiyyəsi hazırladı. Bütün bunlar xalqın qəlbində inam yaratdı.

- O vaxt ölkəmizin xarici ölkələrlə heç bir neft ticarəti yox idi. Müharibə vəziyyətində olan bir ölkə ilə neft-qaz sazişləri bağlamaq istəməzdilər. Heydər Əliyev buna necə nail oldu?

- Neft strategiyası, neftin Avropaya nəqli də bu uğurlu siyasətin bariz nümunəsi idi. Bu gün artıq Bakı-Tiblisi-Ceyhan, TANAP, TAP layihələri çərçivəsində Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilib. Bunun kökündə əvvəl vurğuladığımız kimi, Heydər Əliyev dühası durur. Milli Qurtuluş Günü kimi qeyd etdiyimiz 15 iyun Azərbaycanın inkişafına xidmət edən bir gündür. Xarici ölkələrlə istər neft sahısində, istər digər sahələrdə əlaqələrimiz Qurtuluş gününün davamıdır.

İstər o dövr, istər bu dövr olsun Azərbaycanın inkişafını götürməyən qüvvələr olub. Kiçik bir dövlət necə inkişaf edib? Biz artıq digər qonşularımızla çox mehribanıq, əlverişli tərəfdaş, dostluq münasibətləri göstəririk. Ancaq bunu istəməyən şəxslər, qüvvələr narahatlıq hissi keçirirlər. Ancaq gördüyünüz kimi dövlətimiz inkişaf edir. Bütün dünyada öz mövqeyini ortaya qoyur.

- Bu gün ümemmilli lider Heydər Əliyevin yaratdığı müasir Azərbaycanın əldə etdiyi uğurları kölgələməyə çalışan qüvvələr də az deyil...

- Bu gün düşmənlərimizin dəyirmanlarına su tökənlər öz içimizdə olan bəzi insanlardır. Eləcə də xaricdən maliyələşən dairələr vardır ki, Azərbaycanın inkişafını gözləri götürmür. Azərbaycana qarşı çirkin əməllər aparanlar ona görə fəallaşırlar ki, xalq-iqtidar birliyinin necə möhkəm olduğunu görürlər. Heydər Əliyev hakimyyətə gələndə nə topu, nə tüfəngi var idi. Bir sözündən, əməlindən başqa. Xalq da onun ətrafına toplandı. Bu gün də cənab İlham Əliyev də eyni missiyanı yerinə yetirir. Allah Azərbaycanımızı, prezidentimizi qorusun!

 

Oxunma sayı