"Azərbaycanda tibbi maska istehsalı o qədər də cəlbedici deyil" - Eyyub Hüseynov

15:22 27.02.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Paytaxt Bakıda tibbi maska qıtlığı hələ də davam edir. Koronavirusa yoluxmamaq üçün aptekə üz tutanlar əliboş qayıtmalı olurlar. Əczaçılar isə depolarda olmadığına görə sata bilmədiklərini deyirlər. Depolardan isə yerli istehsal olmadığı üçün, xarici ölkələrdən gətirilidiyi deyilir. 

Hafta.az-a maska qıtlığı ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov dedi ki, Azərbaycanda tibbi maskaların alıcılığı yoxdur:

“Ayda ildə bir belə hal yaranıb ehtiyac  duyulursa o çoxda cəlbedici olmur. Biznes cəhətdən maraq çəkmir. Ancaq belə hal yarananda, təlabat böyük olanda qara bazarda qiymətlər yüksəlir. Azad bazar iqtisadiyatı mövcuddur. Kim nə istəsə istehsal edə və sata bilər. Dövlət burada istehsalçı marağını artırmaq üçün subsidiya verə bilər. Vergiləri azalda bilər. Yəni bu işlə məşğul olan kəslər də ölkəyə kifayət edən qədər maska gətirərlər".

Sosial şəbəkələrdə işlənmiş maskaların təkrar satışı ilə bağlı iddialara da münasibət bildirən  E. Hüseyinov dedi ki, bu kimi halla bağlı bizə müraciət olunmayıb:

“Maska xəstələr üçün lazımdır. Xəstə olmayanlar müraciət edib qıtlıq yaradır. İnsanlar özlərini soyuqdan qorumalıdırlar, immunitetləri yüksək olmalıdır”.

Oxunma sayı 168
Sosial rubrikasından digər xəbərlər