"Azərbaycanda uşaqpulu verilmir" fikrini səsləndirmək doğru deyil" - Baş nazirin müavini

15:00 11.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda xeyli ailə ünvanlı sosial yardım alır. Bu yardımdan faydalanan ailələrin əksəriyyəti çoxuşaqlıdır. Bu mənada "ölkədə "uşaqpulu" verilmir" məntiqini qəbul etmirəm.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının sədr müavini - İcra katibi, Baş Nazirin müavini Əli Əhmədov deyib.

O qeyd edib ki, ünvanlı sosial yardım həm də çoxuşaqlı ailələr üçün nəzərdə tutulub: "Çoxuşaqlı ailələr həm də aztəminatlı ailə hesab olunur".

Ə.Əhmədov vurğulayıb ki, bu baxımdan "Azərbaycanda "uşaqpulu" verilmir" fikrini səsləndirmək doğru deyil: "Azərbaycan hökuməti çoxuşaqlı ailələri diqqətdən kənarda saxlamır. Siz bunu "uşaqpulu" formasında ifadə edirsinizsə, o zaman bu, araşdırılmalıdır. Güman edirəm ki, bu məsələ araşdırıla və qərar qəbul oluna bilər. Bir daha qeyd edirəm ki, aztəminatlı ailələrin dövlətdən güzəştalma mexanizmi və forması mövcuddur".

Oxunma sayı 34