İsrail Misirdən üzr istədi

15:15 13.10.2011
Yazını böyüt
Yazını kiçilt
İsrailin müdafiə naziri Ehud Barak 2 ay əvvəl 5 misirli polisin İsrail təhlükəsizlik qüvvələri tərəfindən öldürülməsinə görə Misirdən üzr istəyib. “CNN Türk“ün xəbərinə görə, E.Barak açıqlamasında belə deyib: “Vəzifələrini yerinə yetirərkən İsrail təhlükəsizlik qüvvələri tərəfindən açılan atəş nəticəsində həyatlarını itirən misirli polis əməkdaşlarına görə Misirdən üzr istəmək qərarına gəldim“. Xatırladaq ki, hadisə avqust ayında baş vermişdi. İsrail təhlükəsizlik qüvvələri sərhəddə 8 israillini öldürən hücumçulara atəş açmış, nəticədə 5 Misir polisi ölmüşdü. Bu hadisə iki ölkə arasında diplomatik əlaqələrin gərginləşməsinə səbəb olmuşdu və Misir İsraildən üzr istəməsini tələb etmişdi.