"Azərbaycanı hər zaman ADSW-də görmək istəyirik" - BƏƏ Səfirliyi

12:42 21.01.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Abu Dhabi Davamlılıq Həftəsi (ADSW) dünyanın davamlı inkişafını sürətləndirmək üçün qlobal platformadır. Həftə siyasətçiləri, sənaye mütəxəssislərini, texnologiya qabaqcıllarını və davamlılıq liderlərinin yeni nəslini unikal olaraq bir araya gətirir".

Hafta.az-ın yazdığına görə, bu sözlər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ölkəmizdəki səfirliyin hazırladığı məktubda deyilir. Qeyd edilir ki, ADSW təşəbbüsləri və tədbirləri sayəsində o, bilik mübadiləsi, strategiyaların həyata keçirilməsi və insan tərəqqisini idarə etmək üçün həll yolları üçün bir katalizatordur. ADSW, dünyanın davamlı inkişafını formalaşdıran əsas sosial, iqtisadi və ekoloji trendlər haqqında anlayışımızı inkişaf etdirməyə sadiqdir.

"ADSW iştirakçıları əməkdaşlıq etmək və hərəkətə keçmək üçün bir sıra həyəcan verici sammitlər, forumlar və sərgilər çərçivəsində bir araya gəlirlər. Bu baxımdan, Azərbaycanın iqtisadi sahələrdə geniş təcrübəsi və böyük perspektivləri olduğundan, ADSW-də iştirakın ölkələrimiz üçün qarşılıqlı üstünlük gətirəcəyinə inanırıq" - deyilən məktuba görə, bu il ADSW aşağıdakı sektorlara yönəlib:

Enerji sənayesi, iqlim dəyişikliyi, su və qida, texnologiya/Biotexnologiya/Rəqəmsal texnologiya, kainat.

"ADSW vasitəsilə dünyamızı daha yaxşı bir yerə çevirmək məqsədilə, yeni fikirləri toplamaq və bu fikirlərin gerçəkləşməsi üçün bir-birimizə dəstək olmaq üçün bu unikal platformaya güvənirik", - məktubda deyilir.

Oxunma sayı 794