“Qızıl portağal“dan Rüstəm İbrahimbəyova “Şərəf“ mükafatı

15:15 11.10.2011
Yazını böyüt
Yazını kiçilt
Türkiyədə keçirilən 48-ci Beynəlxalq Antalya “Qızıl portağal“ Kino Festivalının açılış mərasimində azərbaycanlı kino xadimi, türk dünyasında yeganə “Oskar“ mükafatı laureatı olan Rüstəm İbrahimbəyova “Şərəf“ mükafatı verilib. Antalya bələdiyyəsi və Antalya Mədəniyyət-Sənət Vəqfinin (AKSAV) birgə təşkil etdikləri festival çərçivəsində ilk dəfə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçiliyinin dəstəyi ilə “Avrasiya kinosu - Azərbaycan“ bölməsi təşkil olunub. Bu bölmədə mətbuat konfransı, rejissor və aktyorlarla görüş, kinematoqrafçılarımızın filmlərinin nümayişi keçiriləcək. Atatürk Mədəniyyət Mərkəzində Oleq Səfərəliyevin “Əlvida, cənub şəhəri“ filmi ilə başlayan bu bölmədə Samir Kərimoğlunun “Niyyət“, Yavər Rzayevin “İlahi məxluq“, İlqar Nicatın “Buta“ və İlqar Safatın “Sahə“ filmləri kino həvəskarlarına təqdim ediləcək.
Nigar