"Azərbaycanla münasibətlərimiz müqayisəedilməz dərəcədə yaxşıdır" - Səfir

15:56 15.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"İranla həmsərhəd 15 qonşu ölkə var. Cənub sərhədlərimizdə yerləşən ölkələrdən bəziləri ilə münasibətlərimiz yaxşı, bəziləri ilə pisdir. Bizim Azərbaycanla münasibətlərimiz müqayisəedilməz dərəcədə yaxşıdır. Eləcə də Türkiyə ilə əlaqələrimiz yüksək səviyyədədir. Hətta ölkələrimizin rəhbərləri heç bir protokol qaydası gözləmədən qarşılıqlı səfər edə bilirlər".

Hafta.az yazır ki, bu sözləri İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ölkəsinin Ermənistanla yaxşı əlaqə saxlaması haqda səslənən fikirlərə cavab olaraq deyib. Onun fikrincə, İranın bütün məsul şəxsləri də dəfələrlə vurğulayıb ki, Azərbaycanla əlaqələrin inkişafında məhdudiyyət yoxdur.

"Bir sıra layihələr var ki, icra edilməyib və hazırda dövlət başçıları həmin layihələri həyata keçirməyə səy göstərir. Söhbət 14 layihədən gedir. Prezident İlham Əliyevlə görüşdə həmin layihələrdən bir-bir söz açdıq və hazırda onlardan üçünün icrasına start verilib. Ölkələrimiz qərara gəlib ki, pandemiya vəziyyəti layihələrimizin inkişafına mane olmamalıdır. Düşünürəm ki, harada maneə ilə rastlaşsaq, KİV nümayındələrindən xahiş edəcəyik bizə yardım etsinlər", - deyib iranlı diplomat.

Oxunma sayı 3577
Siyasət rubrikasından digər xəbərlər