"Bakı Metropoliteni" qatarda siqaret çəkən şəxslə bağlı araşdırmalara başladı 

13:10 15.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti vaqonda siqaret çəkən şəxslə bağlı araşdırmalara başlayıb.

Hafta.az xəbər verir ki, bu haqda qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda qurumda bununla bağlı ciddi araşdırmalar aparılır:

"Qanunvericiliyə görə, metro ərazisində siqaret çəkmək qadağandır və buna görə cərimə də müəyyənləşib. Sadəcə hələ ki hadisənin nə vaxt və hansı qatarda baş verməsi məlum deyil. Buna görə, həmin şəxsin kimliyi metrostansiyalar və qatarlardakı kameralar vasitəsilə araşdırılır. Həmin şəxs tapılaraq barəsində qanunvericiliyin tələbinə uyğun tədbir görüləcək".

B.Məmmədov bildirib ki, bu işdə təkcə "Bakı Metropoliteni" deyil, həm də sərnişinlər məsuliyyətli olmalıdırlar:

"Hadisə baş verən vaqondakı digər sərnişinlər bu barədə məlumat verməlidir ki, həmin şəxs dərhal aşkar edilsin".