"Bakı və Abşeron ərazisindəki boş torpaqlarla bağlı müvafiq komitə araşdırma aparır"-  Nüsrət İbrahimov

15:26 08.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bakı-Abşeron yarımadası ölkənin əhali sayına görə ən sıx yerləşdiyi yerdir. Ona görə də yarımadada torpaq sahələrinin zəbt edilməsi halları mövcuddur. Hər il bu ərazidə olan boş torpaqların həcmi və qiyməti ilə bağlı məlumatlar açıqlanırdı. İlin yekununa az qalsa da bu haqda məlumat əks olunmur.

Mövzu ilə bağlı hafta.az-ın sualını cavablandıran “MBA Konsaltiq və Qiymətləndirmə” şirkətinin rəhbəri Nüsrət İbrahimov dedi ki, bu haqda düzgün və dəqiq informasiya Əmlak Məsələləri Dövlət Komitəsi ola bilər:

“Bu prosedur üzrə onlar elektron xəritə üzrə işlər aparır. Hələ ki, heç bir məlumat açıqlanmayıb. Ölkə Prezidentinin göstərişi var. Onun əsasında da işlər getməlidir. Çox güman ki, yaxın zamanlarda həmin komitə qiyməti və ərazini açıqlayacaq. Elektron kadastr o ərazilər üzrə xəritə çıxarır. İlin sonuna kimi məlumat almaq mümkün olacaq. Heç biz də bilmirik ki, hansı ərazidə boş torpaqlar var. Zonalar üzrə qiymətlər çıxarırıq. Ancaq hələ o zonalar haqqında da məlumatımız yoxdur”.

Sosial rubrikasından digər xəbərlər