"Bakıdan rayonlara gediş-gəliş koronavirusa yoluxmanı artıra bilər" - Hande Harmancı

16:00 31.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Bakıdan rayonlara gediş-gəlişin koronavirusa yoluxmaları artıracağı düşünülür”.

Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyasının yekunlarına dair virtual mətbuat konfransında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, rəqəmlər və statistika da bunu təsdiqləyir:

“Qərarlar rəqəmlərə istinad etməklə alınır. Bu qərarlar yoluxmanın azalması, daha az insanın ölməsi üçün qəbul edilir. Hər halda bu qərarları qəbul edən insanlar da bu gözəl havadan faydalanmaq istəyər. İnsanları qəbul edilən qərarlara riayət etməyə çağırıram. Bununla, qış aylarında daha az yoluxma ilə üzləşə bilərik”.

Oxunma sayı 1065
Siyasət rubrikasından digər xəbərlər