"Barselona" Qrizmannı təqdim etdi

21:50 14.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Barselona" yeni transferi Antuan Qrizmannla müqavilə bağlayıb.

Hafta.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi ilə 5 illik sözləşməyə imza atan fransız hücumçu ictimaiyyətə təqdim olunub. 28 yaşlı futbolçu yeni komandasında 17 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Barselona" Qrizmannın keçidi üçün "Atletiko"ya 120 milyon təzminat ödəyib.