"Barselona" və "Real"ın oyunlarının vaxtı bilindi

11:54 01.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyasına görə dayandırılan və iyunun 11-də bərpa olunacaq İspaniya La Liqasının 28-ci turunun təqvimi açıqlanıb.

Hafta.az qol.az-a istinadən xəbər verir ki,ilk görüş iyunun 11-də "Sevilya" ilə "Betis" arasında olacaq. Lider "Barselona" iyunun 13-də "Malyorka" ilə görüşəcək  Ayın 14-də isə "Real" evdə "Eybar"ı qəbul edəcək. Eyni gündə "Atletiko" "Atletik"lə qarşılaşacaq.

Qeyd edək ki, İspaniya çempionatına 58 xalla "Barselona" başçılıq edir. Aktivində 56 xal olan "ReaL" ikinci sıradadır.

11 iyun

"Sevilya" - "Betis"

12 iyun

"Granada" - "Xetafe"
"Valensiya" - "Levante"

13 iyun

"Espanyol" - "Alaves"
"Celta" - "Vilyareal"
"Leganes" - "Valyadolid"
"Mallyorkaa" - "Barselona"

14 iyun

"Atletik" - "Atletiko"
"Real" -  "Eybar""
"Real Sosyedad" - "Osasuna"

Oxunma sayı 2225