"Bayern" Koutinyo barədə qərarını verdi

14:27 03.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Bayern" yay fasiləsində "Barselona"dan icarəyə götürdüyü Filipp Koutinyo barədə qərarını verib.

Hafta.az goal.az-a istinadən xəbər verir ki, Münhen təmsilçisi braziliyalı ulduz futbolçunu birdəfəlik transfer etməyə hazırlaşır.

"Sambaçı"nın mövsümün əvvəlindəki performansından məmnun qalan almanlar Barcelona ilə anlaşmaya sadiq qalacaq. Belə ki, onlar 120 milyon avroluq təzminatı ödəməyə razılıq verib. La Liqa klubu ilə 2023-cü ilə qədər müqaviləsi olan Koutinyo tezliklə Bundesliqa çempionuna transfer olunacaq.

Qeyd edək ki, Filipp Koutinyo bu mövsüm meydana çıxdığı 7 oyunda 2 qol, 3 assistlə yadda qalıb.