"BƏƏ cəmiyyəti Federal Milli Şuraya seçkilərdə iştirakı özünə milli vəzifə olaraq görür" - Səfir

10:44 20.09.2019
Yazını böyüt
Yazını kiçilt

"Federal Milli Şuraya seçkilər Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Xəlifə bin Zayed əl-Nahyan tərəfindən təsdiqlənmiş siyasi güc proqramının birinci mərhələsinin başlanğıcıdır. Bu sayca 2006-cı ildən etibarən keçirilən üçüncü seçki dövrüdür".

Bu fikirlər BƏƏ-nin Azərbaycandakı Səfirliyindən Hafta.az-a daxil olan, səfir Məhəmməd Əhməd əl-Qubaisinin müəllifi olduğu məqalədə səslənir. Yazılır ki, BƏƏ inkişaf prosesinin əsas dayaqlarından biri olan siyasi inkişaf prosesində yeni bir mərhələnin astanasındadır. Buna görə seçki prosesində iştirak etmək BƏƏ cəmiyyətinin BƏƏ-nin ümumi inkişaf səylərinə səmərəli töhfə vermək və övladlarının gələcəyini formalaşdırmaq inamının bariz təcəssümüdür.

"Ölkədən kənarda olan vətəndaşlara səs vermək və seçki prosesində iştirak etmək üçün Federal Milli Şurada öz nümayəndələrini seçmək imkanı vermək üçün, Milli Seçki Komissiyası tərəfindən 22-23 sentyabr 2019-cu il tarixlərində (bazar və bazar ertəsi), BƏƏ dövlətinin ölkə xaricindəki səfirliklərində, konsulluqlarında və digər diplomatik nümayəndəliklərində 118 seçki mərkəzi qurulub", - məqalədə deyilir.

Ölkə xaricində səsvermə prosesi ilə əlaqədar əlavə məlumat almaq üçün qeyd olunan linkə daxil olmaq xahiş olunur:

https://www.uaenec.ae/ar/elections-out

Siyasət rubrikasından digər xəbərlər