"Bney Yehuda" - "Neftçi": hakimlər açıqlandı

14:56 11.08.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt
“Neftçi”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirəcəyi cavab matçının hakimləri müəyyənləşib.
 
Hafta.az xəbər verir ki, UEFA bu qarşılaşmanı İtaliyadan olan hakimlər briqadasına həvalə edib.
 
Qarşılaşmanın baş hakimi Daniele Doveri olacaq. Ona yan xətt hakimləri Alessandro Kostanzo və Alessio Tolfo kömək edəcək. Dördüncü hakim funksiyasını isə Fabritsio Paska yerinə yetirəcək.
 
Hakimlərin işinə Fransadan olan Stefane Lannoy qiymət verəcək. UEFA nümayəndəsi isə Tarqo Kaldoja (Estoniya) olacaq.
 
Avqustun 15-də Petak Tikva şəhərindəki “Ha Moşava” stadionunda keçiriləcək “Bney Yehuda” – “Neftçi” görüşünə Bakı vaxtı ilə saat 21:00-da start veriləcək. Bu komandalar arasında Bakıda baş tutan ilk oyunda məhsuldar heç-heçə qeydə alınıb – 2:2.