"Bu kompozisiya Nəsiminin ruhuna, düşüncəsinə uyğun sənət əsəridir" - Bəstəkarlar İttifaqı

12:48 10.09.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Bu gün sosial şəbəkələrdə məşhurlaşan Sami Yusufun ifasındakı “Sığmazam” kompozisiyası hamının rəğbətini qazana bildi. Bəstə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov da öz şəxsi hesabında fikir bildirdi.

Məsələ ilə bağlı hafta.az-a danışan Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu dedi ki, bu kompozisiya Nəsiminin ruhuna, düşüncəsinə və qəzəlin ruhuna uyğun bir sənət əsəridir:

“Sami Yusuf özü məncə təsəvvüfu gözəl bilir. Alqışlamaq lazımdır. Gözəl alınıb. Digərlərinə gəlincə isə o haqda çox danışıldı, İttifaqın da açıqlaması oldu, bu haqda heç danışmağa dəyməz. Onları müqayisə etmək belə uyğun deyil. Artıq hər şey göz qabağındadır”.

Xatırladaq ki, bir müddət əvvəl “Sığmazam” qəzəlinə bayağı mahnıların bəstələnməsi ictimaiyyət arasında etirazla qarşılanmışdı.