"Bugünkü uğurların qazanılmasında Mehriban Əliyevanın tarixi xidmətləri var" - Eldəniz Səlimov

11:26 26.08.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Bugünkü uğurların, nailiyyətlərin əldə edilməsi və qazanılmasında Mehriban Əliyevanın birmənalı və birbaşa rolu, tarixi xidmətləri var".

Bunu hafta.az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib. Millət vəkilinin dediyinə görə, bunlar məhz tarixi xidmətlərdir və məhz bu cür də dəyərləndirilməlidir:

“Elə işlər, elə xidmətlər var ki, onlar uzun ömürlü olmur, tezliklə undulub, gedir, xatırlanmır. Amma elə işlər, elə addımlar, elə xidmətlər var ki, onlar ilk anından, ilk günündən tarixiləşir, tarixə qızıl hərflərlə və qırmızı xətlərlə həkk olunur, əbədiyaşarlıq qazanır. Çünki o işlərin, o addımların, o xidmətlərin kökündə, mayasında, təməlində, ruhunda müqəddəslik, təmənnasızlıq, mərhəmətlilik, şəfqətlilik, xalqına, dövlətinə, insanlığa sonsuz və dərin inam dayanır. Mehriban xanımın fəaliyyəti və bu fəaliyyətdən doğan, qaynaqlanan tarixi xidmətlər də məhz bu məqamlardan rişlənir, məhz bu məqamlara köklənir. O, hər biri addımında, hər bir davranışında, hər bir hərəkətində təmənnasızdır, səmimidir, mərhəmətlidir, şəfqətlidir, xalqına, dövlətinə, ümumən insanlığa sonsuz dərəcədə inamlı və bağlıdır. Kimsə bunun əksini söyləyə və iddia edə bilməz".

Millət vəkili bildirib ki, bunlar hər birimizin gözləri qarşıdında yaşananlar və baş verənlərdir: "Harada bir uğur, harada bir zəfər, harada bir nailiyyət varsa, orada Mehriban xanımın gərgin zəhməti, əməyi, rolu, fədakarlığı, payı, töhfəsi var. O, dövlət başçısı ilə bir yerdə hər gün Azərbaycanı, müstəqil dövlətimizi uğurlardan-uğurlara, qələbələrdən-qələbələrə, zəfərlərdən-zəfərlərə doğru aparır. Usanmadan, dayanmadan, yorulmadan! Bu yolda, bu tarixi və nəcib fəaliyyətdə də həm ölkə prezidentinə, həm dəyərli Mehriban xanıma böyük uğurlar arzulamıq qalır hər birimizdən. Allah hər iksinin və Azərbaycanımızın köməyi, Yar və Yardımçısı olsun. Qarşıdan gələn növbəti doğum günü münasibəti ilə də bağlı Mehriban xanıma ən xoş və ən səmimi arzularımızı, diləklərimizi çatdırır, ifadə edir, müstəqil Azərbaycan naminə fəaliyyətində növbəti zəfərlər azulayırıq. Doğum gününüz, dəyəriniz və zəfəriniz mübarək olsun, Mehriban xanım!"

Siyasət rubrikasından digər xəbərlər