"Çelsi" 16 yaşlı hücumçu transfer edib

16:00 13.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Çelsi” Norveçin “Tromsö” klubunun 16 yaşlı hücumçusu Brayan Fyabemanı transfer edib.

Hafta.az-ın məlumatına görə, bu barədə London klubunun rəsmi “Twitter” səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Fyabema Frenk Lempardın “Çelsi”ni çalışdırdığı müddətdə klubun transfer etdiyi ilk oyunçu olub. Ötən il FİFA-nın tətbiq etdiyi transfer qadağasına görə “zadəganlar” heç bir oyunçunu transfer edə bilməmişdi. Amma londonluların appelyasiya şikayəti nəticəsində, bu qadağa ötən ilin dekabrında ləğv olunub.

Fiabema “Tromsö”nün heyətində cəmi 1 rəsmi oyuna çıxmışdı. O, Norveçin 17 yaşlılardan ibarət millisində keçirdiyi 3 oyunda 3 qol vurub.

Oxunma sayı 224