"Çin və Azərbaycan epidemiyanı qarşısını almaq üçün birlikdə çalışacaqlar" - Səfir Quo Min

11:00 02.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Çindən Azərbaycana yardım üçün göndərilən epidemiya əleyhinə materialların tıhvil-təslim mərasimi olub.

Hafta.az-ın yazdığına görə, mərasimdə çlxış edən Çinin ölkəmizdəki səfiri xanım Quo Min çıxış edib.

Səfir deyib ki, Çinlə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 28-ci ildönümündə, ölkəsinin Azərbaycana yardım üçün verdiyi epidemiya əleyhinə materialların təhvili mərasimi xüsusi əhəmiyyət kəsb edir, eləcədə Çinlə Azərbaycan arasındakı dərin və incə dostluğu, yüksək qarşılıqlı etimadı nümayiş etdirir.

"Hazırda, insanların həyat təhlükəsizliyini və sağlamlığını böyük təhlükəyə məruz qoyan və qlobal ictimai sağlamlıq təhlükəsizliyinə böyük problemlər yaradan yeni koronavirus sətəlcəm epidemiyası bütün dünyada yayılmaqdadır. İlin əvvəlindən bəri, yeni növ koronavirus sətəlcəm epidemiyasının qəfil başlaması fonunda, Heç bir çətinlik və təhlükədən qorxmayan Çin hökuməti və Çin xalqı epidemiyaya qarşı xalq müharibəsini başlatdı. Çətin əmək və böyük fədakarlıqlardan sonra Çində epidemiyanın qarşısının alınması və nəzarətinin mövcud vəziyyəti yaxşılaşmaqda davam edir, istehsal və həyat tərzi sürətlə bərpa olunur. Çin üçün ən çətin olan dövrdə Azərbaycan hökuməti və müxtəlif ölkələrdən olan dost insanlar Çinə müxtəlif yollarla güclü dəstək verdilər. Prezident İlham Əliyev dərhal cənab sədr Si Cinpinə başsağlığı məktubu göndərdi. Sumqayıt şəhər icra hakimiyyəti Siçuan əyalətinin Mianyang şəhərinə və Şaanxi əyalətinin Sian şəhərinə çox sayda epidemiya qarşısının alınması üçün materiallar bağışladı. Heydər Əliyev Fondu və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi Azərbaycanın ictimai qrupları müvafiq kanalları vasitəsilə Çinlə fəal şəkildə həmrəy olduqlarını ifadə etdilər. Bu çətin vəziyyətdə kömək olan dostluq münasibətlərini, biz həmişə qəlbimizdə saxlayacağıq" deyən diplomat əlavə edib ki, qlobal epidemiya vəziyyətinin getdikcə ağırlaşması ilə Azərbaycan hökuməti və xalqı da epidemiya ilə mübarizədə çox böyük təzyiq və çətinliklərlə üzləşir. Çinlə Azərbaycan arasındakı dostluğu əks etdirmək üçün, Çin hökuməti 5 min nəfərlik yeni növ koronavirus epidemiyasının aşkarlayıcı testlərini Azərbaycan tərəfinə hədiyyə etmək qərarına gəldi. Çin, həmçinin yaxın gələcəkdə Azərbaycana epidemiya əleyhinə maddi yardımın ikinci toplusunu, o cümlədən qeyri-invaziv respirator, qoruyucu geyim və sair təqdim edəcək. Səfir deyib ki, Çinin Azərbaycandakı Səfirliyi müvafiq işləri fəal şəkildə həyata keçirəcək. Bundan əlavə, Şanxi əyalətinin Xian şəhəri, Siçuan əyalətinin Mianyang şəhəri, Zhejiang əyalətinin Quzhou şəhəri və Çinin digər yerli əyalət və şəhərləri, eləcə də “Huawei Azerbaijan Technology Co., Ltd” şirkəti də mümkün qədər hər növ epidemiyanın qarşısının alınması materiallarını Azərbaycana hədiyyə etmək üçün fəal tədbirlər görür. O, ümid yuxarıda göstərilən materialların Azərbaycan tərəfinə epidemik profilaktika və nəzarət işlərini həyata keçirməkdə səmərəli və effektiv kömək edəcəyinə inandığını deyib. "Cənab sədr Si Cinpin bu yaxınlarda Böyük 20-lik ölkələri liderlərinin xüsusi zirvə toplantısında əsas yoluxucu xəstəliklərin bütün bəşəriyyətin düşməni olduğunu qeyd etdi. Beynəlxalq ictimaiyyətin ən çox ehtiyacı olan şey, inamı gücləndirmək, birlikdə işləyərək çətinliyə birgə cavab vermək, beynəlxalq əməkdaşlığı hərtərəfli şəkildə gücləndirmək, epidemiyanı aradan qaldırmaq üçün bütün güc qüvvələrini birləşdirmək və əsas yoluxucu xəstəliklərə qarşı mübarizədə bəşəriyyətin qalib gəlməsi üçün əl-ələ verərək birlikdə çalışmaqdır. İnanıram ki, Prezident İlham Əliyevin güclü rəhbərliyi altında, Çin və Azərbaycan çətinlikləri aradan qaldırmaq, epidemiyanı ən qısa müddətdə qarşısını almaq və daha gözəl bir sabahı qarşılamaq üçün birlikdə çalışacaqlar" səfir deyib.

Oxunma sayı 278
Siyasət rubrikasından digər xəbərlər