"Dövlət standartlarında ayrıca din tədrisi nəzərdə tutulmayıb" - Nazir

12:19 17.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Dövlət standartlarında ayrıca din tədrisi nəzərdə tutulmayıb".

Hafta.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov deyib. Nazir onu da vurğulayıb ki, Ali təhsil müəssisələrində hazırlıq qruplarının təşkili üçün heç bir məhdudiyyət yoxdur:

"Bu məsələdə maraqlı tələbələr universitetlərə müraciət etməlidirlər. Hazırlıq qruplarında təhsil alan oğlanların əsgərlikdən möhlət hüququ yoxdur. Onlar yalnız bakalavr və ya magistraturaya qəbul olarsa möhlət hüququ qazanırlar".

Nazir əlavə edib ki, hazırlıq qrupları ilə bağlı təhsil haqqı dövlət tərəfindən həyata keçirilmir: "Ödənişli əsasla həyata keçirildiyinə görə bu məbləğ universitet tərəfindən müəyyən olunur".