"El Klassiko"nun vaxtı dəyişdirildi

10:58 18.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

La Liqanın 10-cu turunda oktyabrın 26-ı keçirilməli olan "Barselona" - "Real" görüşünün vaxtı dəyişdirilib.

Buna Kataloniyada baş verən etiraz aksiyaları səbəb olub. La Liqa, İspaniya Futbol Federasiyası nümayəndəsi və müstəqil komitə üzvü Lukas Osorionun yer aldığı xüsusi komitə "El Klassiko"nun oktyabrın 26-da yox, dekabrın 18-də keçirilməsinə qərar verib.

Görüşün başlama saatının isə hələlik müəyyənləşmədiyi vurğulanıb.