"Erməni icması bütün əlaqə cəhdlərimizi rədd edir" - Tural Gəncəliyev

14:16 10.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Dağlıq Qarabağ bölgəsinin erməni icmasına ünvanladığımız çoxsaylı mesajlara hər hansı formada cavab verilmədi". Bunu hafta.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev söyləyib.

Icma sədri bildirib ki, beynəlxalq təşkilatlar, səfirliklər vasitəsilə dəfələlər konstruktiv müzakirələr üçün müraciət olunub: "Təəssüf ki, Erməni icması bütün əlaqə cəhdlərimizi rədd edir. Hər hansı yenilik yoxdur. Bu isə Erməni icmasının, xüsusilə onları əsarətdə saxlayan Qarabağdakı cinayətkar xunta rejiminin nə qədər destruktiv mövqedə olduğunun göstəricisidir".

Siyasət rubrikasından digər xəbərlər