"Ermənilərin mülki əhalini atəşə tutması faktları ilə bağlı 5 cinayət işi başlanıb" - Baş Prokurorluq 

14:14 29.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

27 sentyabr tarixində erməni hərbi birləşmələrinin silahlarından açılan mərmi Naftalan ərazisinə düşüb. Mərminin partlaması nəticəsində evə 100 min manat məbləğində ziyan dəyib. Həmin faktlar əsasında Goranboy rayon prokurorluğunda bir neçə maddə ilə cinayət işi başlanıb.  Bunu Xarici İşlər Nazirliyinin və Baş Prokurorluğun birgə keçirdiyi brifinqdə Baş Prokurorluğun mətbuat katibi Nərmin Səlimzadə deyib.

O bildirib ki, bundan əlavə Ağdam rayonunun cəbhəboyu kəndlərinə ermənilər tərəfindən açılan atəş nəticəsində bir nəfərin baş nahiyəsindən aldığı xəsarətlərdən həyatını itirməsi faktına görə Ağdam rayon prokurorluğunda cinayət işi başlanıb: "Tərtər rayonuna ermənilər tərəfindən açılan atəşlər nəticəsində də mülki əhali müxtəlif dərəcəli bədən xəsarətləri alıb və həlak olub. Həmin faktlarla bağlı da Tərtər rayon prokurorluğunda cinayət işləri başlanıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitunə uyğun olaraq, bütün addımlar atılır. Göstərilmiş faktlara əsasən, 5 cinayət işi başlanıb".

Oxunma sayı 169
Sosial rubrikasından digər xəbərlər