"Eşkiya dünyaya hükümdar olmaz"ın aktyoru öldü

14:16 01.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin məşhur aktyoru Tarık Ünlüoğlu 61 yaşında vəfat edib.

Aktyor bir müddətdir xəstəxanada müalicə alırmış.

"Eşkiya dünyaya hükümdar olmaz" serialında rol alan Tarık ötən ay ağciyərində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilmişdi. Buna görə də o, serialdakı roluna son qoymuşdu.

Aktyor bu gün vəfat edib.