"EuroHome”da baş verən yanğın söndürülüb - FHN-YENİLƏNİB

12:15 10.12.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyi (FHN) "EuroHome” tikinti materialları bazarında baş verən yanğınla bağlı məlumat yayıb.

Hafta.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın FHN-in qüvvələri tərəfindən söndürülüb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub.

Hazırda soyutma işləri davam etdirilir.

İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. Hazırda araşdırma işləri davam etdirilir.

***

FHN-in müvafiq qüvvələri tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğının söndürülməsi işləri davam etdirilir.

Hafta.az FHN-ə istinadən xəbər verir ki, yanğının söndürülməsi məqsədilə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin 1 ədəd "BE-200ÇS" tipli təyyarəsi cəlb olunub.

***

10 dekabr 2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub.

Hafta.az xəbər verir ki, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyin müvafiq qüvvələri cəlb olunub. Nazirlik tərəfindən "çağırış 3 elan" olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Yanğının əhatə dairəsi genişləndiyindən əraziyə 3 helikopter də cəlb olunub. 

***

Fövqəladə Hallar Nazirliyi (FHN) "Eurohome” ticarət mərkəzindəki yanğınla bağlı məlumat yayıb.

Hafta.az xəbər verir ki, nazirliyin məlumatına görə, səhər saatlarında "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “Eurohome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakının Binəqədi rayonu ərazisindəki Xırdalan dairəsinin yaxınlığında yerləşən “Eurohome” ticarət mərkəzində güclü yanğın baş verib.


Hafta.az 
xəbər verir ki, tikinti materiallarının topdansatış bazarı kimi tanınan "Eurohome” ticarət mərkəzindəki yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürmə qüvvələri cəlb olunub. 

Hazırda yanğın davam edir, 20-dək yanğındürmə maşını  alovun qarşısını almağa çalışır.

Yanğınla əlaqədar Xırdalan dairəsi istiqamətindəki yollarda nəqliyyatın tıxacı da yaranıb.

Hazırda yanğının qarşısının alınmasını istiqamətində tədbirlər görülür.

Oxunma sayı 183