"Evdə gərginlik yarananda qadın dilindən, kişi də gücündən istifadə edir" - Sosioloq

11:17 21.10.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Ötən yazılarımızda feminizm haqqında məlumat vermişdik. Həmçinin son dövrdə ölkədə feminist kütləsinin artmasının səbəblərini göstərmişdik. Bu gün ölkədə feminist kütləsinin artmasının şahidi oluruq. Onlar isə Azərbaycan qadınına şiddətin olduğunu deyirlər.

Dünən Bakıda baş tutan bir qrup feministlərin şuarı da “qadına şiddətə son” idi. Maraqlıdır, Azərbaycan qadınına bu qədər şiddət göstərilirmi? Özünü feminist elan edən qadınların keçirtiyi aksiyanın mənfi təzahürləri ola bilərmi?

Sosioloq Əhməd Qəşəmoğlu hafta.az-a mövzunu şərh edərkən dedi ki, belə askiyaların keçirilməsindən öncə başqa işlər görülməlidir. Aksiyaların bu şəkildə keçirilməsi işin xeyrinə deyil. Çünki biz həyəcan təbili çalmalıyıq ki, Azərbaycan ailəsi pis vəziyyətdədir, gərginlik var. Təkcə qadına şiddət yoxdur. Ailədə gərgin vəziyyət olduğuna görə, kimsə bundan mənzərə yaradır ki, sanki qadına şiddət var. Hər yüz evlənəndən 25-27 və daha çox adam boşanır. Bu qədər adam boşanırsa, ondan da ikiqat artıq evlərdə gərginlik var. Gərginlik varsa bu tək ər-arvad münaqişəsi deyil. Həmin ailələrdə xalqın yeni nəsli böyüyür. Ölkənin yeni nəsli böyük təhlükə altındadır. Biz bütün diqqəti Azərbaycan ailəsini xilas etməyə yönəltməliyik. Yarımçıq, düşünülməmiş aksiyalara ümid daha çoxdur. Sanki belə bir şeylərlə ailə institunu xilas edə biləcəklər. Qloballaşma getdikcə qadınlar azadlıq, demokratiya haqqında təsəvvürləri lazımı qədər formalaşmadığından, mənəvi dəyərlər haqqında bilgilərin azlığından bir sıra hadisələr baş verir. Biz demokratiyanı mənəvi dəyərlər üzərində formalaşdırmalı idik. Mənəvi dəyərləri arxa plana salmaqla belə təsəvvürlər formalaşdırdıq özümüzdə. Kişilər daha çox yaddan çıxıb. Kişilər isə qadınların o mənəvi dəyərləri tapdalamasını görəndə çıxılmaz vəziyyətdə qalırlar. Vəziyyət kənardan sanki belə görünür: azərbaycanlı kişilər vəhşiləşib, səhərdən axşama qədər qadınları döyürlər, qadınlar da öz hüquqlarını bilmirlər. Qadınlar da hüquqlarını yaxşı öyrənməlidirlər ki, özlərini müdafiə etsinlər. Tamamilə yanlış, yalançı, səhv bir təsəvvürdür. Ən əsası odur ki. ailədə ahəngdar bir mühit yaranmalıdır. Bunun üçün işlər görülməli, biz ailəni xilas etməliyik. Kişi qadına qalxıb bir şillə vurursa səhv hərəkət edir. Amma qadın dili ilə hansı dedi-qodular, hansı gərginlər yaradır bu haqda söhbət getmir. Bəlkə də mənəvi tərəfdən götürəndə kişilərə daha şiddət çoxdur, nəinki qadınlar. Evdə gərginlik yarananda qadın dilindən, kişi də gücündən istifadə edir. Görünən də kişinin fiziki gücü olur. “Qadına şiddətə yox” demək heç nəyi xilas etmir”.