"Evimi özüm təmizləyirəm" - Tolik-VİDEO

17:39 27.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aparıcı Zaur Kamalın idarə etdiyi verilişin əməkdaşı aparıcı-prodüser Tarix Əliyevin (Tolik) evində qonaq olub. 

Hafta.az-ın məlumatına görə, həmin an Tolikin mənzilində atası Tahir də olub.

Prodüser atasının ilk dəfədir evinə gəldiyini bildirib: "Uzun illər Xırdalanda yaşadım. Atam da mənimlə qonşu oldu. Övlad kimi evini təmir etdirdim, mebəllərini aldım. Bacardığım qədər atama kömək edirəm. Onu da deyim ki, televiziyada aparıcılıq etdikdən sonra evimi dəyişməli oldum. Belə ki, şəhərə köçdüm. Amma Xırdalandakı evimi satmadım. Ailə qursam, Xırdalana köçəcəm ki, atama yaxın olum. Atam iki ildir ki, şəhərdəki evimə gəlmir. Özüm atamın evinə gedib-gəlirəm".

Zaur Tolikin atasına "Xanımınızdan ayrılmısınız?" sualını verib. Tahir suala cavab verməyib. Tolik atasının susduğu suala "Bəli, atamla anamla illər öncə ayrılıb. Hazırda Ceyran adında analığım var. Atama çox yaxşı baxır".

Tolik evinin təmizliyindən də danışıb: "Kirayə qaldığım vaxtdan evimi təmizləyən xanım var idi. Həmin xanım indi qaldığım evi təmizləyir. O, xəstələnəndə özüm mənzilimi təmizləyirəm. Çünki təmizliyi sevən adamam".

Oxunma sayı 56