"Əvvəlki qədər varlı deyiləm" - Sərdar Ortaç

21:30 18.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyəli müğənni Sərdar Ortaç ünvanına çox pulu olduğunu deyənlərə cavab verib.
Hafta.az axşam.az-a istinadən bildirir ki, gəzərkən obyektivlərə tuş gələn ifaçı var-dövləti ilə bağlı suallara əsəbiləşib.

Ortaç "Əvvəlki qədər varlı deyiləm. Vəziyyəti düzəltmişəm, çox borcum da yoxdur. İşçilərimin maaşını da pulum olduqca ödəyirəm. Onlar da bir söz demirlər" sözlərini söyləyib.