"Fənərbağça" məşqləri bərpa edib

22:21 05.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin aparıcı klublarından olan "Fənərbağça" məşqlərini bərpa edib.

Hafta.az-ın məlumatına görə, heyətin üzvləri karantin rejimində 45 günlük məcburi istirahətdən sonra superliqanın qalan oyunlarına hazırlığı öz təlim-məşq bazasında davam etdirməyə başlayıb. Sosial təcrid məsafəsi və təhlükəsizlik qaydalarına ciddi riayət edən komanda ilk məşqləri 4 nəfərlik qruplar şəklində keçirib.

Hazırlıq prosesinə "Fənərbağça"nın sabiq qapıçısı Volkan Dəmirəl, habelə dörd ildən sonra yenidən komandaya qayıdan yarımmüdafiəçi Emre Belözoğlu rəhbərlik edib.

Oxunma sayı 348