"Hazırda Cocuq - Mərcanlı sakinlərinin məcburi köçkün statusu hələ qalır" - Rövşən Rzayev 

12:21 10.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Hazırda Cocuq - Mərcanlı sakinlərinin məcburi köçkün statusu hələ qalır.

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə bunu Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

Komitə sədri bildirib ki, müraciət olunarsa, Cocuq -Mərcanlı kəndində yenə də mənzillər tikilə bilər: "Hazırda Cocuq-Mərcanlı sakinləri bizim tabeliliyimizdən çıxıb. Həmin kənd icra nümayəndəliyinin nızarətindədir. Amma biz də onlara lazımı köməklikləri edirik. Hazırda Cocuq - Mərcanlı sakinlərinin məcburi köçkün statusu hələ qalır".