"Hələ də 24 min qaçqın və köçkün ağır şəraitdə yaşayır" - Rövşən Rzayev

11:34 10.10.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

"Bu ilin sonuna ədər 3700-dən çox mənzil tikilib təhvil veriləcək. Artıq bızi binalar hazırdı. Bəzilərində son tamamlama işləri aparılır. Şirvan şəhərində 685 ailəlik evlər təhvil veriləcək".

Hafta.az-ın əməkdaşının verdiyi xəbərə görə bunu Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev YAPon-ın qərargahında keçirilən brifinqdə deyib. Komitə sədri bildirib ki, cari ildə Beyləqanda 146 ailəlik bina tikilib. İlin sonuna kimi təhvil veriləcək: "Göygöl, Ucar və Kürdəmirdə bir qəsəbə tikilib və bu il təhvil veriləcək. Göyçayda da artıq bir binamız hazırdı. Gələn ilin layihələri ilə bağlı da ali rəhbərliyə məruzə olunacaq. Məcburi köçkünlər üçün gələn ildə də binalar tikiləcək. Evlərin köçkenlərə verilməsi ilə bağlı komissiya yaradılıb. Əvvəl belə bir sistem olmayıb. Yeni yaradılıb. Məqsəd evlərin paylanması zamanı şəffaflığın təmin olunmasıdır. Hələ də 24 min qaçqın və köçkün ağır şəraitdə yaşayır. Evlər ilk növbədə onlara veriləcək. Azərbaycan əhalisinin 10 faizi məcburi köçkünlərdir. 700 mindən çox məcburi köçkün var."

Sosial rubrikasından digər xəbərlər