"Həyat yoldaşımdan çox razıyam" - Arif Babayev

16:35 16.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artistləri Arif Babayev və Rafael Dadaşov verilişlərin birində qonaq olublar. 

Hafta.az xəbər verir ki, iki məşhur ilk sevgilərindən danışıblar.

R.Dadaşov sevgi haqqında bunları deyib: "İlk sevgiyə inanıram. Sevmişəm və hələ də sevirəm".

A.Babayev ilk sevdiyi xanımla ailə qurduğunu etiraf edib:

"Ömrümdə bir dəfə sevib, həmin xanımla da ailə qurmuşam. Ölənə kimi də həyat yoldaşımı sevəcəm. Mənə onun kimi heç kim qulluq edə bilməz. Allahımdan və həyat yoldaşımdan çox razıyam".