"Hökumətin gördüyü tədbirlər hələ də insanları xilas etməkdədir" 

16:28 21.09.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanda COVID-19 infeksiyasına 5,5 milyona yaxın insan yoluxub və infeksiya səbəbindən 88 minə yaxın ölüm faktı qeydə alınıb. Beləliklə, ölkə dünyada epidemiyanın ən ağır zərbə vurduğu ölkələrdən birinə çevrilib.

Bu haqda Hindistanın ölkəmizdəki səfirliyindən Hafta.az-a daxil olan, Kembric Davranış və Fəaliyyətin formalaşdırılması qrupunun memarlıq bölməsindən Ramit Debnat və doktor Ronita Bardan tərəfindən aparılan yeni araşdırmanın nəticələri əks olunmuş məlumatda deyilir. Bildirilir ki, əgər Hindistan hökuməti ilin ilk rübündə dünyanın ən sərt və uzunmüddətli karantin rejimini həyata keçirib təsir nəzəriyyəsini tətbiq etməsəydi, daha böyük bir faciə yaşana bilərdi. "Hökümətin verdiyi 400-ə yaxın mətbuat açıqlamasını araşdırmaq üçün onlar texnologiyanı öyrənməklə süni intellektə əsaslanan alqoritmlərdən istifadə edərək göstərirlər ki, dövlət işçiləri, elm adamları, səhiyyə işçiləri, istehsalçılar, qida tədarükçüləri və tələbələr daxil olmaqla 1,3 milyard insanın davranışına təsir göstərmək üçün Hindistanda COVID-19 pandemiyası ilə mübarizəyə köməklik göstərmək məqsədilə 14 əsas sahədə tədbirlər planına necə təkan verilib. Tədqiqatçılar, Hindistanın Baş naziri Narendra Modi tərəfindən atılan addımların ölkədə karantin rejimi və sosial məsafə normalarına toplu təsirinin yaradılmasında xüsusilə vacib olduğunu iddia edirlər", - məlumatda qeyd olunur.

"PLoS ONE” elmi jurnalında yayımlanan araşdırmada, 15 yanvar-14 aprel tarixlərində bir sıra təcili problemlərin öhdəsindən gəlmək üçün Hökumət tərəfindən təsir üsullarının tətbiq olunduğu aşkarlanıb. Bu, əhalinin davranışını dəyişdirmək üçün müsbət və mənfi təsirlərdən istifadə edilərək hazırlanan ictimai siyasi yanaşmadır.

Yanvar və fevral aylarında başladılan tədbirlər Çindən gələn səyyahların riskinin qiymətləndirilməsi və beynəlxalq hava limanlarında nəzarətin genişləndirilməsi istiqamətində yönləndirilib. Lakin qısa vatda hadisələr digər aktual problemlərin həllinə istiqamətləndirilib. Mart ayına qədər səyahətə yeni məhdudiyyətlər qoyulmağa, insanları izdihamlı və ictimai məkanları ziyarətdən çəkindirməyə və ciddi şəkildə sosial məsafə saxlamağa təşviq etdilər. Martın 24-də Baş nazir Modi əhaliyə müraciət edərək “21 günün infeksiyanın keçməsində önəmli rol oynadığını, əməl edilməzsə ölkəninin və ailələrin 21 il geriyə gedəcəyini” bildirib. Növbəti gün ölkə karantin rejiminin ilkin mərhələsinə qədəm qoyub.

Hökumət virusla əlaqədar yayılan saxta xəbərlərlə mübarizə aparmaq və əhalini qaydalara ciddi əməl etməyə, maskalardan istifadə etməyə və əllərini tez-tez yumağa təşviq etmək istiqamətində bir sıra tədbirlər görməyə başlayıb. Eyni zamanda, dronlar, məkan analizi, aşağı güclü Bluetooth mobil telefon tətbiqetmələri və insanabənzər robotlar kimi bir sıra ağıllı texnologiyalardan yararlanaraq şəhər ərazilərində nəzarət gücləndiirlib.

Ramit Debnat qeyd edir: “Hindistan kimi geniş əhali kütləsi və coğrafi-məkan bölgüsü, eyni zamanda yüksək səviyyədə savadsızlıq və son dərəcə həssas bir səhiyyə sisteminə sahib olan demokratik bir ölkədə möhkəmləndirmə və dolayı yollarla kütləyə təsirə əsaslanan siyasət yanaşmaları çox vacibdir. Ortaq mübarizə aparmaq üçün Hökumət təcili vaxt qazanıb dərindən parçalanmış əhalini bir araya gətirməliydi, bu isə çox çətin idi. Araşdırmalarımız göstərir ki, hökumətin insanları inandırmaq üçün elmi məlumatlardan daha vacib olan təsir güclərinə ehtiyacı var, onlar vətənpərvərlik, ailə, din və cəmiyyət daxil olmaqla güclü dəyərlərə müraciət etdilər”.

Araşdırmada ictimaiyyət tərəfindən mikro ianələr edilməsinə təkan vermək və böhranın öhdəsindən gəlməyə dəstək olması üçün xalqın iştirakını təşviq etmək məqsədilə yaradılan ‘Baş nazirin Fövqəladə Hallarda Vətəndaşlara Yardım və Dəstək Fondunun oynadığı rol xüsusilə qeyd olunur. Aprelin 5-də Baş nazir cəbhə işçiləri ilə həmrəy olduğunu göstərmək üçün insanların könüllü olaraq on dəqiqəlik işıqları söndürmələrini istədi. Bu təsirlərin əksəriyyəti sosial media reklamları, SMS ötürücüləri və mediada yayımlanmaları vasitəsilə həyata keçirildi.

Araşdırma nazirliklərin milli tələbatı ödəmək üçün Hindistanın istehsal firmalarını şəxsi müdafiə ləvazimatları, əl təmizləyici və maskalar istehsal etmələri üçün təkan verdiyini, eyni zamanda kritik bir zamanda ölkənin qida təhlükəsizliyini və təchizat zəncirlərini qorumağa çalışdıqlarını təsbit etdi - Hindistan fermerləri qış məhsullarını fevral ayından başlayaraq aprel ayınadək yığdılar.

Bununla belə, hökumət Elm və Texnologiya Departamenti vasitəsilə maliyyə vəsaiti buraxaraq, Hindistanın elmi cəmiyyətini pandemiya ilə mübarizə aparmağa təşviq etdi. Araşdırma qurumları COVID-19 pandemiyasını öyrənmək məqsədilə əlverişli qiymətə diaqnostika, peyvənd, antiviruslar, xəstəlik modelləri və digər tədqiqat və inkişaf prosesinin inkişafına yönəldilən təkliflərin təqdim olunmasına təşviq edildi.

Bu dövrün elmi yeniliklərinə ictimai yerlərdə və səhiyyə mərkəzlərində sosial məsafə saxlamağa təşviq edən robotlar, eləcə də GPS və Bluetooth vasitəsilə həyata keçirilən izləmə tətbiqləməsi (AarogyaSetu) kimi bir sıra yeniliklər daxildir. Müntəzəm olaraq SMS xatırlatmaları insanların bu tətbiqetmədən istifadəsinə təsir göstərmək üçün istifadə olundu. İnsan Resursları İnkişaf Nazirliyi ‘Fight Corona IDEAthon’ kimi proqramlar başladaraq Hindistanda fəaliyyət göstərən start-up və innovasiya cəmiyyətinin COVID-19 pandemiyası ilə mübarizədə iştirak etməsi üçün təkan verdi.

Məlumatda deyilir ki, təhsili dəstəkləmək üçün hökumət Hindistan Milli Rəqəmsal Kitabxanasının istifadə olunmasını israrlı şəkildə reklam edərək evdə təhsili təşviq etdi. Hökumət həmçinin milli kanal "Doordarşan" vasitəsilə 80-ci və 90-cı illərin populyar TV şoularını yayımlamaqla karantin zamanı insanların evdə qalmasına köməklik göstərmək üçün nostolgiyadan istifadə etdi.

"Araşdırma, böhran ortaya çıxdıqca təsir strategiyalarının necə inkişaf etdiyini nümayiş etdirir. Məsələn, yanvar ayından mart ayının ilk həftəsinə qədər hökumət nazirliyi (AYUSH) insanların Ayurvedanın ənənəvi tibbi göstərişlərinə riayət edərək və immun sistemini artırmaq məqsədilə yoqa ilə sağlamlığı qorumaq üçün intizamlı fərdi gigiyenayaya israrlı şəkildə təkan verdi. Bununla birlikdə, mart ayının ortalarında infeksiya nisbətləri artdıqca, təsir gücü ənənəvi müalicələrdən uzaqlaşaraq evdə yoqa kimi həştəqlərdən yararlanaraq sağlam həyat tərzini təbliğ etməyə başladı" deyilən məqalənin sonunda bildirilir ki, tədqiqatçılar hesablama sosial elm üsulu olan mövzu modelləşdirməsindən istifadə etdilər. Bu, sənədlər dəsti üçün klaster sözlərin müəyyənləşdirilməsi məqsədilə mətn məlumatlarını avtomatik olaraq analiz edir.

Məqalə bu sonluqla tamamlanır: "Hökumət iyunun 7-də karantinin məhdudiyyətlərini ləğv etməyə başladı və virusun yayılması o vaxtdan sürətləndi. Tədqiqatçıların fikrincə, hökumətin təsir kampaniyasının faydaları hələ də hiss olunur. Maska taxma və sosial məsafə da daxil olmaqla ilin əvvəlində həyata keçirilən tədbirlər planı tərəfindən təşviq edilən davranış dəyişiklikləri Hindistanın hər yerində hələ də geniş yayılmışdır. Bu tədbirlər hələ də insanları xilas etməyə kömək edir”.

Oxunma sayı 709