"İndiki vəziyyətdə biz bütün tibb işçilərinə çox borcluyuq" - millət vəkili

12:54 25.03.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Prezidenti İlham Əliyevin AzTV-yə müsahibəsində bir daha plkəmizdə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlərdən danışdı. Dövlət başçısı bu epidemiyanın qarşısının alınmasında fədakarlıq göstərən bütün səhiyyə işçilərinə təşəkkürünü bildirdi:

"Azərbaycan həkimləri böyük qəhrəmanlıq göstərirlər, öz həyatlarını, sağlamlıqlarını risk altına atırlar, ancaq öz vəzifə borcunu şərəflə yerinə yetirirlər. Vətəndaşları həkimlərə dəstək olmalıdırlar. Xəstələrə qulluq edən həkimlərin maddi vəziyyətinin yaxşılaşdırılması və onların əməyinə layiqli qiymətin verilməsi üçün əməkhaqlarının artırılması məsələsi həll olunub. Onlar maaşın 3-5 mislini alacaqlar".

Dövlət başçısının səhiyyə işçiləri ilə bağlı fikirlərini hafta.az-a şərh edən ğmllət vəkili Musa Quliyev bildirib ki, həkimlik fədakarlıq istəyən bir peşədir:

“Ümumiyyətlə bu həkim peşəsi fədakarlıq istəyən bir peşədir. Belə fövqəladə vəziyyətlərdə həkimlər adətən heç bir maaşı və sabahkı başqa stimulu düşünmədən vəzifə borclarını yerinə yetirilər. Həkimlik ən az peşələrdən biridir ki, fəaliyyətə başlamamışdan əvvəl bu vəzifəni layiqincə yerinə yetirəcəklərinə and içirlər: “Buna “Hippokrat andı” da deyirlər. Onlar and içirlər ki, heç bir zaman xəstəni çətin vəziyyətdə qoymayacam, heç bir qarşılıq gözləmədən öz fəaliyyətlərimi yerinə yetirəcəm və xəstəmə heç bir zaman zərər vuran hərəkət etməyəcəm. Bu qədimdən gələn bir ənənədir və həkimlərimizin hər biri buna əməl edir”.

Komitə sədrinin sözlərinə görə, Azərbaycan həkimləri də kifayət qədər mənəviyyatlı insanlardır: “Cənab Prezidentin sərəncamı ilə həkimlərimizin, xüsusən koronavirusla mübarizə aparan, risk altinda qalan bütövlükdə tibb personallarının, həm orta tibb işçlərinin, həm sanitarların, həm təcili yardım işçilərinin və yaxud da başqa kateqoriyada xidmət edən tibb işçilərinin əməyi yüksək qiymətləndirilir, həm də onların sosial müdafiəsini gücləndirmək üçün dövlətin dəstəyini göstərir. Yəni həkimlərimiz maaş qalxmasa da, öz vəzifələrini ləyaqətlə yerinə yetirəcəkdilər. Prezidentin sərəncamı həkimlərimizə maddi dəstəklə yanaşı, mənəvi bir stimuldur. Bu o deməkdir ki, Azərbaycan dövləti sizin arxanızdadır, Azərbaycan prezidenti sizin qayğınızı çəkir və əməyinizə yüksək qiymət verir.Operativ qərargah özü müəyyən elədi ki, kimlərin maaşı 3 dəfə, kimlərin maaşı isə 5 dəfə qalxsın. Bu, çox ciddi artımdır. Həkimlərimizin orta əmək haqqı 500 manat civarındadır. 3 və 5 dəfə artırıldıqda isə yüksək məbləğə gəlib çıxdı və həkimlərə yetərincə stimul oldu”.

Deputatın sözlərinə görə, tibb işçilərinə şamil olunan maaş artımını dövlətin onlara qayğısı kimi başa düşməliyik:

“Fövqəladə rejimdə işləyən vaxtlarında bu artımı daha çox mənəvi və siyasi dəstək kimi qiymətləndirmək lazımdır. Bu artım dövlətin işçisinə qayğısı kimi düşünülməsi gərəkən məsələdir. Xatırlatmaq istərdim ki, 1990-cı ilin 20 Yanvar gecəsi nə qədər həkimimiz, tibb işçimiz yaralanmış, xəsarət almış və həlak olmuşdu. Bunları onlar heç bir qarşılıq güdmədən etmişdilər. Qarabağ döyüşləri zamanı bütün həkimlərimiz böyük fədəkarlıqlar göstərmişdilər. Yəni həkimlik böyük fədəkarlıq göstərən bir peşədir. Koronavirus infeksiyasının tüğyan etdiyi bir vaxtda istər karantində, istərsə də sıradan xəstəxanalarda gecə-gündüz canını ortaya qoyan həkimlərə qəhrəman deyə bilərik".

O qeyd edib ki, ağır rejimdə çalışan həkimlərin çoxu öz ailələrindən belə təcrid olunublar: "İndiki vəziyyətdə biz bütün tibb işçilərinə çox borcluyuq. Onlar hamısı bu günün qəhrəmanıdır. Səhiyyə işçilərinin fədakarlığını nəzərə alaraq, cənab prezident məhz həkimlərimizin bu fədakarlıqlarına böyük qiymət verərək onların əməkhaqqının artırılması üçün sərəncam imzaladı. Fövqəladə, hərbi rejimdə, müharibə şəraitində, epidemiya yayıldığı bir dönəmdə həkimliyin nə qədər faydalı sənət olduğu üzə çıxır. Yaxşı həkimlərimizin dəyəri bir daha anlaşılır. Koronavirus pandemiyası ilə mübarizə dövründə isə həkimlərimizin nə qədər fədakar və peşəkar olduğunu bir daha sübut etdi. Qəhrəman döyüş bitəndən sonra məlum olur. Mən bütün həkimlərimizə peşəkarlığına görə minnətdaram və əminəm ki, koronavirusdan sağalan xəstələr də onlara öz təşəkkürlərini yazacaqlar".

Oxunma sayı 184
Sosial rubrikasından digər xəbərlər