"Karantin rejimi gələcək günlərdə nəticəsini göstərəcək" - Hikmət Hacıyev

21:52 30.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

”Karantin rejimi gələcək günlərdə də öz nəticəsini göstərəcək”.

Hafta.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, bu günə qədər olan tendensiyalar verilən qərarların düzgün olduğunu göstərir:

“Ancaq tibbi maska və sosial məsafə ilə bağlı qaydalara da vətəndaşlar riayət etməlidir. Biz yeni norma və qaydalara uyğunlaşmalıyıq”.

Oxunma sayı 5679
Sosial rubrikasından digər xəbərlər